среда, 16 ноября 2011 г.

КОВАР


Qohum funksiyalar:


SİNTAKSİS:

     КОВАР(массив1;массив2)

Nəticə:

     İki verlənlər massivi arasındakı kovariasiyanı hesablayır.

Arqumentlər:

  •      массив1: birinci verilənlər massivi;
  •      массив2: ikinci verilənlər massivi.

Qeydlər:

  •    arqumentlər ədədlərdən və ya ədədləri ehtiva edən massivlərdən ibarət olmalıdır;
  •    əgər massiv arqumenti mətn, məntiqi qiymətləri və boş oyuqları ehtiva edirsə, onda belə qiymətlər nəzərə alınmır, sıfır qiymətli oyuqlar isə nəzərə alınır;
  •    əgər массив1 массив2 arqumentlərində verilənlərin sayı müxtəlifdirsə, onda КОВАР funksiyası özünün yazıldığı xanaya #Н/Д səhvinin qiymətini yerləşdirir;
  •    əgər массив1 və ya массив2 arqumenti boşdursa, onda КОВАР funksiyası özünün yazıldığı xanaya #ДЕЛ/0! səhvinin qiymətini yerləşdirir.

Riyazi-statistik interpretasiya:
XУ təsadüfi kəmiyyətlərinin kovariasiyası X У kəmiyyətlərinin hər bir cütünün qiymətlərinin onların orta qiymətlərindən meyllərinin hasillərinin orta qiymətinə deyilir:

Misal
İki (X,Y) təsadüfi baş külliyatdan götürülmüş seçmə verilmişdir:

xi
12,1
14,7
20,5
11,2
16,6
10,0
13,0
14,9
16,3
15,1
yi
53,2
44,2
51,4
57,7
45,5
42,0
53,5
68,9
57,7
63,3

Bu təsadüfi kəmiyyətlərin kovariasiyasını hesablamalı.

Həlli
Kovariasiyanı hesablamaq üçün əvvəlcə orta qiymətləri hesablamaq lazımdır:




İndi də kovariasiyanı yuxarıda verilmiş düsturla hesablayaq:
 


İndi isə bu məsələni КОВАР funksiyasının vasitəsilə həll edək.
1.Verilənlər cədvəlini tərtib edək:


A
B
C
D
E
F
G
H
I
J
K
1
xi
12,1
14,7
20,5
11,2
16,6
10
13
14,9
16,3
15,1
2
yi
53,2
44,2
51,4
57,7
45,5
42
53,5
68,9
57,7
63,3

2. Nəticənin yazılacağı xananı seçək ($A$4).
3. Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından КОВАР funksiyasını seçək. Bu zaman КОВАР funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
4.Mассив1 sahəsinə girdikdən sonra  verilənlərin yerləşdiyi işçi vərəqində təsadüfi kəmiyyətin qiymətlərini mausla daxil edək (B1:K1).
5.Mассив2  sahəsinə girib verilənlərin yerləşdiyi işçi vərəqində təsadüfi kəmiyyətin qiymətlərini mausla daxil edək (B2:K2). OK düyməsini basdıqdan sonra $A$4 xanasında hesablamanın nəticəsi olan
      2,71  qiyməti əmələ gələcəkdir.